backend

Övladlarımı qəbul etməyəcəm – Rəmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) illərdir övladları ilə küsülü olduğunu deyib.  

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) illərdir övladları ilə küsülü olduğunu deyib. 

 

TİA.AZ-ın məlumatına görə, gitara ifaçısı “Evdəkilərə salam” verilişində söyləyib ki, onlarla heç vaxt barışmayacaq.

 

Rəmiş qardaşlarının da onunla danışmadığını bildirib:

 

“Övladlarım evimə gəlsə də, qəbul etmərəm. Ərləri də, özləri də mənə qarşı səhv buraxıb. Nəvələrim haqda heç fikirləşmirəm. Yüz nəvəm olsa da, lazım deyil. 1974-cü ildən onlar ayrı tərbiyə ilə böyüyüblər. Bala ataya qarşı səhv buraxanda münasibət alınmır. Hamı balasını çox istəyir. Elə səhvlər var ki, keçmək olmur. Efirdə səbəbləri deyə bilmərəm. 

 

Bir bacım var, anam onlarda qalırdı deyə, əvvəl evlərinə gedirdim. Anam dünyasını dəyişəndən sonra getmirəm. Bir qardaşım rəhmətə gedib, ikisi sağdı. Deyirlər Gülünü (həyat yoldaşı – red.) boşa, mən də etmirəm. Ona görə də məni danışdırmırlar”.