Türkiyədə, İzmirin Karabağlar mahalında qeyri qanuni olaraq dünyaya gətirdiyi oğlan övladını vedrədə boğub öldürdüyü iddiasıyla mühakimə olunan 3 uşaq anası Nazire A. ömürlük həbs cəzasına məhkum edilib.
Türkiyədə, İzmirin Karabağlar mahalında qeyri qanuni olaraq dünyaya gətirdiyi oğlan övladını vedrədə boğub öldürdüyü iddiasıyla mühakimə olunan 3 uşaq anası Nazire A. ömürlük həbs cəzasına məhkum edilib.
TİA.AZ Milliyet-ə istinadən xəbər verir ki, evli olan 46 yaşlı Nazire A. 2015-ci ilin 17 dekabr tarixində həyat yoldaşından olmayan və atasının kim olduğu təsbit edilməyən körpəsini su dolu vedrədə boğub. Həkimlər 3 gün sonra Tepecik Qadın Doğum evinə müalicəyə gələn Nazire A.-nın yeni doğum etdiyini anlayıb, vəziyyətindən şübhələnərək polisə xəbər veriblər. Polis tərəfindən nəzarətə alınan Nazire A. ilk əvvəl körpəsini bir restoranın yaxınlığına qoyduğunu söyləyib.
Polisin təkidindən sonra həqiqəti etiraf edib. O, körpənin evinin hamamındakı vedrədə olduğunu deyib. Evə gedən polislər körpəni vedrənin içərisində ölmüş vəziyyətdə tapıb.
Təhlükəsizlik İdarəsinə ifadə verən Nazire A. “Hadisə günü sancılarım tutdu, hamamda doğdum. Uşaq hərəkət etmirdi. Mən də öldü deyə su dolu vedrəyə atdım. Atasının da kim olduğunu bilmirəm”, – deyib.
Şahid olaraq dinlənilən şübhəli Nazire A.-nın oğlu B.A. “Anamın hamilə olduğunu bilmirdim. Anamın qarınındakı böyümənin fərqinə vardım, kökəldiyini düşünürdüm”, ifadəsini verib.