Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzində partlayış baş verib. Partlayış zamanı beşmərtəbəli bina ilə yanaşı, ətrafdakı tikililər də zərər görüb.
Hadisə nəticəsində obyektin içərisində olan işçilərlə bərabər, ərazidən keçən şəxslər də yaralanıb.
“Getdiyim yerdə nəsə partladı, məni kənara atdı. Şüşələr üstümə aşdı. Qalxdım, gördüm, hər yerim qandır”, – xəsarət alanlardan biri deyib.
“Övladımın əşyalarını verdilər, qan içindədir. Həkimi gözləyirəm. Övladım reanimasiyadadır, heç bir məlumat yoxdur”, – xəsarətlərlə xəstəxanaya yerləşdirilən şəxslərdən birinin anası qeyd edib.
Daha ətraflı Xəzər TV-nin videomaterialında:










