Övlad ata və anasını bıçaqladı – tükürpədici olay

Övlad ata və anasını bıçaqladı – tükürpədici olay

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Sancaqtəpə ərazisində 28 yaşlı B. C. ana və atasını bıçaqlayaraq öldürüb.

Tribunainfo.az “Sözcü” xəbər agentliyinə istinadən bildirir ki, B.C. Veysel Karani məhəlləsində 3 mərtəbəli binanın birinci mərtəbəsində yaşayan gecə saatlarında anası Əminə C. (60) və atası Ahmet C. (65) ilə mübahisə edib.

Mübahisə böyüdükcə B.C. valideynlərini bıçaqlayıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Müayinədə Əhməd C.-nin öldüyü müəyyən edilib.

Ağır yaralanan Əminə C. xəstəxanaya aparılsa da, tibbi müdaxiləyə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Araşdırmalardan sonra Ahmet C.-nin cəsədi morqa aparılıb.

Hadisədən sonra qaçan şübhəli cinayəti törədən silahla tutularaq nəzarətə götürülüb.

 

Dəniz Pənahova