OVERÇUK: BAKI İLƏ İRƏVAN ARASINDA GƏRGİNLİK BLOKUN AÇILMASINI GƏRGİNLƏŞDİRİRbackend

OVERÇUK: BAKI İLƏ İRƏVAN ARASINDA GƏRGİNLİK BLOKUN AÇILMASINI GƏRGİNLƏŞDİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Transqafqazda nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli işçi qrupun danışıqları davam edir, lakin Azərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşməsi bu fəaliyyətə mənfi təsir göstərir.

Tribunainfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində deyib.

“Təbii ki, hər hansı kəskinləşmələr həmişə işimizə mənfi təsir göstərir, ləngidir və biz yenidən qayıdıb oturub daha da işə başlayana qədər vaxt keçir”, – deyə o, müvafiq sualı cavablandırıb.

O qeyd edib ki, bunun üçün şərait yetişəndə ​​Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin (Oveçruk-Mustafayev-Qriqoryan) yeni görüşü baş tuta bilər.

“Biz daim işgüzar əlaqələr saxlayırıq. Şərait yetişsə, mütləq görüşəcəyik”.

Qeyd edək ki, iyunun əvvəlində Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun görüşü keçirilib, daha sonra dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.