“Ovçular”la bağlı yazı təkzib olundu

“Ovçular”la bağlı yazı təkzib olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda qida təhlükəsizliyi hər zaman aktualdır. İstehlakçılar hansı qida firmalarının məhsullarına etibar edib-etməməkdə tərəddüdlə qərar verirlər.

Xüsusən də kolbasa-sosiska sektorunda qeyri-müəyyənlik var və istehlakçılar hansı şirkətin məhsullarına güvənəcəklərinə əmin ola bilmirlər.Onlardan biri də “Ovçular ət və ət məhsulları” MMC müəssisəsinin istehsal etdiyi kolbasaların keyfiyyəti barədə məlumatlardır. 

2018-ci ilin fevral ayının 3-də TİA.AZ-saytında AzEuroNews.com-a istinadən  “NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? – ŞOK FAKTLAR” adlı yazı dərc olunmuşdur.

Ancaq bu sahədə AzEuroNews.com-un araşdırmaları, ayrı-ayrı kolbasa şirkətləri haqda yazılara bir sıra məqamlara aydınlıq gətirib.

AzEuroNews.com-un məlumatına görə, adıçəkilən istehsalat müəssisəsi Avropanın qabaqcıl Almaniya, Polşa kimi ölkələrinin müasir avadanlıqlarından istifadə edir.

Ötən il isə “Ovçular ət və ət məhsulları” MMC-nin istehsal sahələrində yenidənqurma işləri aparılıb.

Bu da müxtəlif çeşidli “Ovçular” kolbasalarının keyfiyyətində böyük yeniliklərə səbəb olub.

Bakının bir neçə marketində apardığımız sorğu zamanı da həm alıcılar, həm satıcılar “Ovçular”ın servalatlarına üstünlük verildiyini söylədilər.

Saytda əvvəllər yayılmış xəbərlər əsasında hazırlanmış məqalədə şirkətin məhsullarının keyfiyyətinin aşağı olduğu, kolbasada istifadə edilən ət məhsullarının yararsız olduğu bildirilmişdi.

Amma bu iddiaların kökündən yanlış, dəqiqləşdirilməmiş, ətraflı araşdırılmamış yayımlandığı məlum olub.