“Ovçular” ət və ət məhsulları MMC ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Ovçular” İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə,
vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“Ovçular”la bağlı işə 1 avqust tarixində Nizami Rayon Məhkəməsində baxılacaq. İş hakim Nəriman Mehdiyevin icraatındadır.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar