Seyran Ohanyana yaxınlığı ilə bilinən mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyan barədə araşdırma aparılır.
Seyran Ohanyana yaxınlığı ilə bilinən mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyan barədə araşdırma aparılır.
TİA.AZ xəbər verir ki, Ermənistanın yeni təyin olunmuş Müdafiə naziri Vigen Sərkisyan 2016-cı il üçün Ermənistan Müdafiə Nazirliyinin büdcə xərclərini, eləcə də şirkətlərlə bağlanan müqavilələrini və onların yerinə yetirilmə mərhələlərini yoxlamaq barədə tapşırıq verib.
Komissiya tərəfindən aparılmış araşdırma nəticəsində Seyran Ohanyana məxsus olduğu bilinən İrəvan şəhəri, Tumanyan küçəsi, ev 21 ünvanında qeydiyyatda olan Hesperus QSC, Xankəndi şəhəri, Xarkov küçəsi, ev 4 ünvanında qeydiyyatda olan “Eko Plastik” və bir sıra digər şirkətlərin xeyli miqdarda dövlət vəsaitini mənimsəyərək Ermənistanda fəaliyyət göstərən Sukisyan qardaşlarına məxsus “Hay Ekonom Bank” vasitəsi ilə offşor zonalara ötürdüyü məlum olub.
Yoxlama zamanı qeyd olunan qeyri-rəsmi əməliyyatlarda iştirak etmiş şəxslərin adları ilə yanaşı, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan və ona yaxınlığı ilə bilinən mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyanın da adı yoxlanılan şəxslərin siyahısındadır.
Ermənistan KİV-nin yaydığı xəbərə görə, araşdırmanın davam etdiyi bu günlərdə istintaqa çağırılan Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri A.Ovannisyan ürək tutması ilə hospitala yerləşdirilib. Onun infarkt olduğu bildirilir.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyində aparılan yoxlamanın nəticəsində külli miqdarda yeyintinin olduğu üzə çıxıb. Bununla bağlı həbslərin olacağı gözlənilir.