Ovanisyan: “Rusiya və İran “qırmızı xətt”lərindən çəkilə bilər”backend

Ovanisyan: “Rusiya və İran “qırmızı xətt”lərindən çəkilə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan düzgün siyasət yürütməklə Qarabağın ermənilərdə qalmasına nail ola bilərdi”. Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi ekspert Vahe Ovanisyandır.
O qeyd edib ki, Minsk qrupunun həmsədr ölkələrindən heç biri Qarabağın iki günə boşalacağını gözləmirmiş. “Onlar bunu təsəvvür belə etmirdilər. Amma Ermənistanın indiki hakimiyyətinin bir sıra səhvləri nəticəsində bu, mümkün olub”.
Hovhannisyan iddia edib ki, Azərbaycan öz strateji məqsədlərinə çatmaq üçün Ermənistanın 1-2 ciddi səhvə yol verməsini gözləyir. “Həmin səhvlər baş verərsə, Ermənistanın qaibəti yaxşı olmayacaq”.
Bununla yanaşı, erməni ekspert onu da deyir ki, həmin səhvlər Rusiya və İranın da “qırmızı xətt” hesab etdiyi məsələrdən geri çəkilməsinə səbəb ola bilər. “Bu səhvlər elə vəziyyətə gətirib çıxara bilər ki, Rusiya və İran artıq Ermənistana qarşı atılan addımları “qırmızı xətt” kimi qəbul edə bilməz”.