“Oturub uşaqlara normal dərslik yazmaq lazımdır” – Nazir

“Oturub uşaqlara normal dərslik yazmaq lazımdır” – Nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil”.

Tribunainfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, tarix kitablarının çoxu tarixi faktların sıralamasından ibarətdir: “Düşünürəm ki, bu dəyişməlidir. Bu mənim fikrimdir. Biologiya fənni üzrə də dərsliklərimiz beynəlxalq standartlara uyğun deyil, yeni dərsliklər hazırlanmalıdır. Bunu mütəxəssislər etməlidir. Oturub uşaqlara normal dərslik yazmaq lazımdır”.