“Ötür-ötür oyunu nəyə lazımdır?” – Ekspert müzakirəyə çıxarılan sənədi tənqid etdi

“Ötür-ötür oyunu nəyə lazımdır?” – Ekspert müzakirəyə çıxarılan sənədi tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bizi “Uşaq hüquqlarına dair meyarlar” adlı sənədin müzakirəsinə dəvət etməyiblər. Həmin sənəddən xəbərsizik”.
Bunu Qaynarinfo-ya açıqlamasında “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Sədr bildirib ki, sözügedən mövzu sosial sığınacaqlara aid olan məsələdir, ancaq buna baxmayaraq, onları sənədin müzakirəsinə dəvət etməyiblər:
“Nazirlər Kabinetinə veriləcək sənədin nədən ibarət olması barədə məlumatsızam. Mühafizə orderinə gəlincə, detalları bilmirəm. Deyəsən, burada söhbət vaxtın uzadılması və orderin verilməsinin operativliyindən gedir. Yəni mühafizə orderi 24 saat ərzində verilməlidir. Mühafizə orderinin tətbiqi zamanı tərəflərə paralel dəstək proqramı mövcud olmadıqda qeyd edilən sənədin effektivliyi olmur”.

Mehriban Zeynalova bu sənədin sadəcə bir kağızdan ibarət olduğunu önə çəkib:
“Əgər sistem yoxdursa, məsələn, şiddət törədən şəxsin davranışının, təhlükəsinin, səviyyəsinin qiymətləndirilməsi və s. nə bilək ki, o hansa dərəcədə riskli davranışa malikdir. Fikrimcə, yaxşı olardı ki, Nazirlər Kabineti qısamüddətli mühafizə orderini polisə həvalə edərdi. İcralar bunu yerinə yetirə bilmədi. Cəzalanmaq nəyə gətirəcək? Ötür-ötür etməkdənsə, elə birbaşa dünya təcrübəsində olduğu kimi bu iş polisə həvalə edə bilərdi”.
Qeyd edək ki, “Uşaq hüquqlarına dair meyarlar” sənədi yaxın günlərdə hökumətə təqdim ediləcək. Nazirlər Kabinetinə təqdim ediləcək sənəddə dövlət və qeyri-dövlət sosial müsissələrində xidmətin keyfiyyətinə dair tələblər və bütün sahələrdə uşaq hüquqlarının təmin edilməsi ilə bağlı meyarlar əks olunub.