ÖTƏN İLLƏ MÜQAYİSƏDƏ NƏ QƏDƏR BAHALAŞMA OLUB? – İQTİSADÇI AÇIQLADI

ÖTƏN İLLƏ MÜQAYİSƏDƏ NƏ QƏDƏR BAHALAŞMA OLUB? – İQTİSADÇI AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi məlumata görə, 2023-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manat pul xərcləyib. Bu göstərici 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 58,1 manat və ya 15,3 faiz çoxdur. Pərakəndə ticarətdə 437,9 manat xərcin 246,9 manatı ərzaq məhsulları,191 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Tribunainfo.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda qiymət artımı o qədər sürətlə gedir ki, keçən illə müqaisədə istehlak etdiyimiz məhsullar həcm olaraq artmayıb, amma qiymət olaraq 15,3% yüksəlib. Yəni, eyni ərzaq zənbilinə keçən ilin eyni dövrünə görə 15,3% daha çox pul xərcləyirik:

“Bu hələ rəsmi rəqəmlərdir, normal, elmi yanaşma olsa gündəlik tələbata aid 30 adda məhsulları götürsək qiymət artımı 40-45% olar.
İnkişaf etmiş ölkələrdə əgər insan qazancının 15-20%-dən çoxunu ərzağa xərcləyirsə, o kasıb sayılır. Bizdə rəsmi məlumatlara görə insanlar qazandığının yarıdan çoxunu ərzağa xərcləyir”.