Ötən ilin son günü yollarda 7 qəza olub, 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 31-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib.

TİA.AZ-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Axtarışda olduğuna görə 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.