Ötən il doğulan əkiz, üçəm, dördəmlər…

Ötən il doğulan əkiz, üçəm, dördəmlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112620 doğulan körpə qeydə alınıb və 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,1-ə düşüb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib.

Doğulanlardan 3410-u əkiz, 147-si üçəm, 4-ü isə dördəm olub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (14,0), Mil-Muğan və Şərqi Zəngəzur (13,2), Lənkəran-Astara(13,1), Qarabağ (13,0), Şirvan-Salyan (12,5), Quba-Xaçmaz və Mərkəzi Aran (12,3),  Qazax-Tovuz (12,0) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.