backend

Ötən il Azərbaycanda 22 ana ölümü olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-ci ildə Azərbaycanda 22 ana ölümü faktı qeydə alınıb. 

2016-ci ildə Azərbaycanda 22 ana ölümü faktı qeydə alınıb.

Bu barədə TİA.AZ-a Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Perinatal Mərkəzin baş həkimi Sevinc Məmmədova bildirib.

Baş həkim bildirib ki, əvvəlki illərlə müqayisədə 2016-cı ildə ana ölümlərinin sayı azalıb. “Ötən il hər 100 min diri doğulmaya görə ana ölümü 13,8 promillli olub. Rəqəmlə ifadə etsək, 2014 və 2015-ci illərdə ana ölümləri 27 və 25 idisə, keçən il bu rəqəm 22-ə düşüb. Ağır vəziyyətdə olan xəstələrin sayı iki dəfə artıq olub. Lakin biz onları vəziyyətdən çıxara bilmişik”.

S.Məmmədova ana ölümlərinin əsas səbəbinin preklamsiya olduğunu bildirib”. Təzyiq, zülal və ödəm üçü birlikdə xüsusi xəstəlik, preklamsiyaya səbəb olur. Vaxtında həkimə müraciət etməyəndə qanda, digər analizlərdə dəyişiklər baş verir