“Ötən Sutka ərzində hava şəraiti ilə əlaqədar olaraq respublika yollarında 13 yol nəqliyyat hadisəsi qeydə alınıb.
“Ötən Sutka ərzində hava şəraiti ilə əlaqədar olaraq respublika yollarında 13 yol nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisələr nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb. Qəzaların 3-ü, ölənlərin 1-i, yaralananların 10-u Bakı şəhəri ərazisində baş verib”.
Bunu TİA.AZ-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, ölüm hadisələrinin 2-si hava şəraiti səbəbindən baş vermiş qəza nəticəsində olub.
“Ölüm hadisələrindən ikisi hava şəraiti ilə bağlıdır. Qaradağ rayonu ərazisində minik və yük maşınlarının toqquşması nəticəsində bir nəfər həlak olub. Beyləqan rayonunda isə avtomobilin aşması nəticəsində bir nəfər ölüb. Ucar rayonu ərazisində piyada vurma nəticəsində ölüm olub. Lakin bu, hava şəraiti ilə bağlı deyil. Qalan hadisələr əsasən toqquşmadır. Ağcəbədi rayonunda avtomobilin aşması nəticəsində 3 nəfər xəsarət alıb. Sabunçu rayonunda toqquşma nəticəsində 9 nəfər yaralanıb”.