backend

Otellərdəki Yeni il qiymətləri : 1250 manat …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün qiymətlər əhalinin gəlirləri ilə müqayisədə fantastik görünsə də br çox bölgələrdəki otellərdə boş yerlər artıq yoxdur.  Bu gün qiymətlər əhalinin gəlirləri ilə müqayisədə fantastik görünsə də br çox bölgələrdəki otellərdə boş yerlər artıq yoxdur. 

Yeni ilə bir həftə qalsa da, ilsonu istirahətinə gedənlər indidən çamadanlarını hazırlayır. Çünki ölkədaxili qiymətlər xaricdəkindən daha bahalıdır.

BiG.AZ bölgələrimizdə fəaliyyət göstərən otellərdə yeni il gecəsi üçün tələb olunan məbləği açıqlayacaq :

Quba Rixsos : 31 dekabr üçün bir günlük otaq verilmir. Ancaq tur 3 günlük 900 AZN qiymətindədir.

Şamaxı Sakitgöldə: Yalnız 3 və 5 gecəlik turlar satılır. 3 gecəlik 990 manat, 5 gecəlik isə 1250 manat təşkil edir.

Qafqaz Karvansaray Hotel ( Qəbələ): 135 manat 2 nəfərlik otaq üçündür. Ancaq yeni il şənliyi hər adam başı 150 manatdır. Artıq şənlik üçün yerlərimiz yoxdur.

Şahdağ, Zirvə otellər : 3 gecəlik 1120 -1270 manatdır. Bizdə də tur paket formasında idi. Ancaq təəssüf ki, artıq heç bir otelimizdə yer yoxdur.

Tufandağ:
290 manata isə iki nəfərlik otaq təşkil etmək olar. 200 manat isə yeni il şənliyi üçün əlavə tələb olunur.

Şəki Palace: İki nəfərlik otaq 100 manat. ( Səhər yemə fitness basenni spa daxil.) 31 dekabrda yeni il şənliyi isə 75 manat təşkil edir. Əgər 75 manat versəniz günorta və axşam yeməyi də içinə daxildir.