Bakıda oteldə 33 yaşlı qadın döyülərək ağır xəsarət alıb.
Bakıda oteldə 33 yaşlı qadın döyülərək ağır xəsarət alıb.
Hadisə Xətai rayonu, NZS kimi tanınan ərazidə yerləşən “Kəpəz” oteldə qeydə alınıb.
Belə ki, 33 yaşlı İsmayılova Könül Fikrət qızı naməlum şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan qadın xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisə ilə bağlı otelə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. İlkin məlumata görə, K.İsmayılova otelin işçilərindən ona olan 8 000 manat borcunu tələb edib. Nəticədə qadın döyülüb.
Faktla bağlı araşdırma aparılır. (report)