backend

OSVENSİM- YERDƏKİ CƏHƏNNƏM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

  

Bütün insanlar yaşamaq istəyir. Azad, rahat və insan kimi…   

Bütün insanlar yaşamaq istəyir. Azad, rahat və insan kimi…  

Lakin 1941-1945-ci illərdə milyonlarla insanlar  ən adi hüquqlardan məhrum edilərək, alman faşistlərinin ölüm düşərgələrinə-  “konslagerlər”ə göndərilirdi.  Müharibə başlayana qədər almanlar bu düşərgələrə yalnız Hitler siyasətinə qarşı olanları , kommunistləri, yəhudiləri, homoseksualları , qaraçıları yollayırdı. Sovetlərlə müharibə başladıqdan sonra isə bu düşərgələrə əsir düşən rus hərbçiləri də göndərilirdi. Sovet hərbçiləri müəyyən vaxtdan sonra öldürülürdü. Çünki Sovet İttifaqı əsirlərlə bağlı hər hansı bir beynəlxalq konvensiyaya qoşulmamışdı. Üstəlik, Stalinin özü belə əsir düşənləri “satqın ” adlandırır, onları əllərində olan almanlarla dəyişməkdən imtina edirdi.  Buna görə ilk öncələr almanlar konslagerlərdə rus əsirlər üzərində müxtəlif təcrübələr aparır, soyuq, aclıq və xəstəliklərlə məhv edirdilər. Bir çox hallarda onlar kütləvi halda güllələnirdi. 

Yanvarın 27-də Polşanın Osvensim şəhərinin yaxınlığında siyasi məhbusların saxlanması üçün yaradılan düşərgənin azad edilməsinin 72 illiyi qeyd olunacaq.

 Üçüncü Reyx dövründə yaradılmış ən böyük əsir düşərgələrinindən iki nəhəng arasında, məhz Osvensim, qurbanlarının sayına görə öndədir. Həmin illər Daxay düşərgəsində 60 min insana, Buxenvaldda – 70 min, Мaydanekdə – 1,5 min nəfərə, Treblinkada – 800 min insana əziyyət verilmişdi.

1941-ci ilin sentyabrında yaradılması üçün qərar çıxarılan “Osvensim”-“Auschwitz” (alman dilində) düşərgəsi saxlanılan girovların məcburi şəkildə müxtəlif fiziki işlərdə işləməsi adı altında qurulmuşdu. Lakin daha sonra vəziyyət hər kəsə daha aydın oldu.  “Osvensim”  əslində almanların ən böyük  “ölüm fabriki” idi. O, özündə Polşanın Krakov şəhəri yaxınlığında yerləşən konsentrasiya, ölüm və məcburi əmək düşərgələrindən ibarət kompleksi birləşdirirdi. Düşərgə kompleksi üç böyük hissədən ibarət idi: Osvensim I, Osvensim II (Birkenau) və Osvensim III (Мonovis). Osvensimdə milyondan çox insan həlak olub. Buradakı dörd ən böyük qaz kameralarının hər biri 2 min nəfər tuturdu. Düşərgəyə girişin üzərindəki yazıda deyilirdi: “Əmək azadlığa aparır”. Amma burda azadlıq  əldə etmək mümükün deyildi. Bura gələnlər yalnız öldüyü gün azadlıq əldə edə bilirdi. 

Qatarla ölüm düşərcəsinə gətirilən hər kəs burada yaşayacaqlarını fərz edərək,  qiymətli əşyalarını da gətirirdi. Onların əşyaları əllərindən alınaraq, düşərgənin “Kanada” adlı ərazisinə aparılırdı.

 

 

Uşaqların oyuncaqları, böyüklərin paltarları və şəxsi əşyaları əllərindən alınaraq, Almaniyaya göndərilirdi.

Mal-heyvan daşınması üçün nəzərdə tutulan qatarlarda insanları düşərgələrə gətirərək onları məhv edirdilər. Bəzən onlar günlərlə ac qaldıqları üçün elə qatarlarda həlak olurdular. 

 Sağ qalanları isə konslaqerdə daha çətin günlər gözləyiridi.

Reyxin ən yaxşı texnik və mühəndisləri, xalqların və irqlərin ən ucuz və kütləvi məhv edilməsi yollarını axtarırdılar. Onların işinin nəticələrindən biri, ən məşhur özünəməxsus ixtira – qaz kamerası və krematoriyalar olub. Düşərgəyə gələndən sonra məhkumları işə yararlı və yararlı olmayanlar olmaqla dərəcələrə ayırırdılar. Uşaqları, qocaları, əlilləri birbaşa dəmir yolu platforması ilə qaz kameralarına doğru, yaxud da krematorilərə ötürürdülər.

  Qurbanları qondarma paltardəyişmə otağına salırdılar. İnsanlara tam soyunmağı əmr edirdilər, sonra guya ki, duş kabinetinə aparırdılar. Əslində isə bədbəxtləri qaz kameralarına göndərirdilər. Növbətçi həkimin əmri ilə “Siklon-B” adlı zəhərli qazla dolu balonları açırdılar və onların içindəki zəhərli kütlə ventilyasiya boruları vasitəsilə qaz kameralarına gedirdi. Cəmi bir necə dəqiqəyə əsirlər boğularaq ölürdülər.  

 

 

 

 

 İnsan meyitləri yandırılması üçün krematoriyə yola salınırdı, bunun nəticəsində alınan külü isə kənd təsərrüfatı sahələrində gübrə kimi istifadə edirdilər. 

Qaz otaqları girovlarda panikaya səbəb olmaması üçün hamam formasında tikilmişdi. Ora hətta saxta borular və duş qoymuşdular. Çimmək üçün otaqlara yığışan insanlar, qaz verilərək elə yerindəcə öldürülürdü. Onların boğulma zamanı gördükləri əziyyət qaz otaqlarında müşahidə edilirdi. Hər tərəf dırnaq izləri olduğu üçün izlər silinir və yeni girovlar üçün hazırlanırdı. 

  

Onların saçlarını qırxırdılar, sol çiyinlərində tatuirovka şəklində qeydiyyat nömrəsi yazılırdı. 

 Kişiləri cırıq zolaqlı şalvar və gödəkçələr geyinməyə məcbur edirdilər, qadınlar iş paltarında gəzirdilər. Həm kişilər, həm də qadınlar öz ölçülərindən böyük iş ayaqqabıları daşıyırdılar. Onların dəyişiləsi paltarları yox idi, elə həmin işlədikləri paltarlarda da yatırdılar. 

 

 

Əsirlərin əksəriyyəti yalnız bir neçə həftə və ya ay sağ qala bilirdi. Çox xəstə və ya zəif olanlarsa qaz kameralarında ölümə məhkum idilər. Onlardan bəziləri özlərini elektrik naqillərinə çırparaq intihar edirdilər, bəziləri isə fiziki və mənəvi cəhətdən sındırılmış gəzən canlı meyitlər idilər. 

Lakin onların arasında nəyin bahasına olursa-olsun, yaşamaq fikrində olanlar da vardı. 
 
 

 

Osvensimdə qadınlar, kişilər və uşaqlar üzərində qəddar tibbi eksperimentlər aparılırdı. Həkim–nasist doktor Yozef Menqele balaca uşaqlar da daxil olmaqla, cırtdanboylularda və əkizlərdə ağrılı, travmaya məruz qoyan eksperimentlər aparırdı.
 
 

 
 

Eksperimentlərin məqsədlərindən biri almaniyalı əsgərlərə və pilotlara göstərilən tibbi müalicənin yaxşılaşdırılması idi. Bundan əlavə, alimlər aşağı hesab etdikləri millətdən olan insanların sterilizasiyası üçün yeni üsullar axtarırdılar. Bir çoxları bu təcrübi eksperimentlər zamanı ölüb, digərləri “tədqiqatlar” başa çatdıqdan sonra öldürülüb, onların orqanları isə gələcək eksperimentlər üçün götürülürdü.

 

Tibbi eksperimentlərin miqyası sadəcə dəhşətli idi. Onlarla kişi və qadın böyük dərəcədə rentgen şüalanmasına məruz qaldıqdan sonra cinsi orqanları kəsilirdi. Əsirlər ya qanaxmadan, ya da şüalanmadan məhv olurdular. Hansısa möcüzə nəticəsində sag qalanları isə daha da kədərli tale gözləyirdi. Onları əmək qabiliyyətinin itirilməsi səbəbindən öldürücü inyeksiyalarla öldürürdülər ya da krematorilərdə yandırırdılar. Nasist həkimləri həm də məhkumlar üzərində yeni dərmanları, peyvəndləri və müalicə üsullarını sınaqdan keçirirdilər. Təcrübələrin əksəriyyəti əsirlər üçün əzablı ölüm gətirirdi. Belə təcrübələr zamanı xeyli sayda uşaqlar yüksək dozada trankvilizatorların təsirindən məhv olub. 

 

Ölüm düşərgəsində hamilə qadınların taleyi daha faciəli olurdu.  Nasistlər hamiləlik dövründə qadını işə yarasız sayırdılar, eləcə də körpəyə arzuolunmaz məhsul kimi baxırdılar. Düşərgədə doğulan uşaqları dərhal vəhşicəsinə öldürüb, dəmir çəlləklərdə yandırırdılar. “Doğuşdan sonra körpəni otağa aparırdılar, orada uşağın səsi kəsilirdi və su şappıltısı eşidilirdi, sonra isə qadın öz uşağının siçovullar parçalamış bədənini baraklarda görə bilərdi”, polşalı mamaça və dustaq Stanislav Leçinskaya xatırlayır. Yalnlz 1943-ci ilin yazında bəzi uşaqlara qarşı vəziyyət dəyişib. Şərq cəbhəsindəki çoxlu itki Reyx rəhbərliyini öz “demoqrafik” siyasətinə yenidən baxmağa məcbur etdi. Zahiri sarışın, mavigözlü olan, cizgiləri arilərə bənzəyən körpələr analarından zorla alınaraq, sonrakı milli xüsusiyyətlərinin itirilməsi üçün Almaniyaya göndərilirdi. Təsəvvür etmək çətindir, analar üçün öz uşağı ilə əlaqəni birdəfəlik itirmək nə qədər faciəli idi. 

 

Almaniya ilə müharibə edən Müttəfiqlər 31 May 1944-ci ildən etibarən bütün ölüm düşərgələrinin havadan görüntülərinə sahib oldu.  

Müharibənin sonlarına yaxın SSSR-nin yaxınlaşması xəbərini eşidən Hitler Almaniyası 1945-ci ilin 17-23 yanvar tarixlərində Auschwitzdə saxlanılan sonuncu girovlardan 60.000-ini məcburi şəkildə qərbə doğru aparmağa başladı. Gücsüz vəziyyətdə olan xəstələr və yaşlılar ölümlə üz-üzə qaldı. Onlar getdikdən sonra düşərgəyə gələnlər gördüklərindən dəhşətə gəldi.
 
 
 
<!–[if !supportLineBreakNewLine]–>

27 Yanvar 1945-ci ildə SSSR ordu generalı Pavel Kurotçkin tabeliyində olan Sovet 60-cı Ordu Ukrayna birlikləri Auschwitz-ə daxil olaraq, girovluqda saxlanılan 5800 ağır təzyiqlərə məruz qalan insanlara çardılar. Əsgərlər qeyd dəftərlərində 5800 girovun vəziyyətin vəziyyəti haqqında yazaraq, dəhşətə gəldiklərini bildirmişdilər. Bir neçə gün sonra dünyaya səslənərək Auschwitz də baş verən dəhşətlər haqqında məlumatlar verilir. Ölüm düşərgəsində milyondan artıq paltar, 45.000 cüt ayaqqabı, 7.000 ton insan saçı tapılır.  

Bu məqama qədər yalnız bir neçə min əsir düşərgədə qalmışdı. Demək olar ki, əksəriyyəti yəhudi olan 60 min əsir düşərgənin azad edilməsinə az qalmış, ölüm marşı üçün düşərgədən çıxarılıb. Mövcud olduğu qısa müddətdə Osvensimdə təxminən 1 milyon yəhudi öldürülüb. 70-74 minədək polyak, təxminən 15 min sovet hərbiçisi və 21 min qaraçı bu ölüm düşərgəsinin qurbanları sırasında idi. İllər keçməsinə baxmayaraq, Osvensimdə baş verən və insanlığa sığmayan dəhşətli faktlar bu gün də bütün bəşəriyyəti heyrətə gətirir…

Düşərgənin ərazisi hal-hazırda muzeydi. Burada 1947-ci ildə YUNESKO-nun Dünya irsi siyahısına daxil olan muzeyi yaradılıb. 27 Yanvar tarixi isə bütün dünyada “Holokost” qurbanlarının anım günüdür.

Nüşabə