CHP sədri Kamal Kılıçdaroğlu AKP üzvü Ayxan Oğanın Türkiyədə yeni dövlət qurulması fikrinə sərt reaksiya göstərib.
CHP sədri Kamal Kılıçdaroğlu AKP üzvü Ayxan Oğanın Türkiyədə yeni dövlət qurulması fikrinə sərt reaksiya göstərib.
Axar.az xəbər verir ki, Kamal Kılıçdaroğlu Osmanlının son dönəmlərində olduğu kimi yaşamağa başladıqlarını deyib.
“Siz Türkiyədə cümhuriyyət necə quruldu bilirsiniz? Türkiyə cümhuriyyəti saraylarda diz çökərəkmi quruldu? Türkiyə dövləti qanla, göz yaşı ilə quruldu. Serv anlaşması o qədər ağır oldu ki, İzmiri yunanlara verəcəklərini dedilər. Hərbi gəmi ala bilməzsən dedilər. Bu anlaşmanı tanımayan bir nəfər var o da, Mustafa Kamal Atatürk. Susanlar yenə xəyanət edirlər. Maraqlıdır, prokurorlar hara baxır? Bu şəxs cümhuriyyətin dağılmasından danışır, amma səs yoxdu. Osmanlının son dönəmlərini yaşamağa başladıq”, – Kılıçdaroğlu bildirib.
CHP sədri Osmanlının təhsil sistemi iflic olduğu üçün süqut etdiyini və hazırda da Türkiyədə bir çox ailənin təhsil sistemindən narazı olduğunu qeyd edib.
Xatırladaq ki, Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Ayxan Ogan Türkiyədə yeni dövlətin qurulduğunu, qurucusunun da Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu açıqlamışdı.