OSMAN GÜNDÜZ KARABAKH TELECOM-UN KORDİNATLARINI VERDİ…

OSMAN GÜNDÜZ KARABAKH TELECOM-UN KORDİNATLARINI VERDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karabakh Telecom-un baza stansiyasının əsas kordinatlarını təqdim edirəm. Hazırda “Artsax” separatçılarının yeganə kommunikasiyası Karabakh Telecom-un mobil rabitəsi və mobil internetidir. Qondarma “Artsax Hökuməti”, qanunsuz erməni hərbi birləşmələri bu qanunsuz telekommunikasiya operatorundan hərbi məqsədlər üçün istifadə edirlər.
Həmçinin orada yaşayan ermənilər də bu anda bütün dünyaya dezinformasiyanı və montaj edilmiş şəkilləri, videoları məhz bu mobil operator üzərindən yayırlar. Bakıda və regionlarda hərbi vəziyyət, fövqəladə vəziyyət elan olunmasa da, sosial mediada və internetdə bəzi məhdudlaşmalar aparılıb. Antiterror tədbirləri çərçivəsində olan bu addımları anlaşıqla qarşılayırıq və indiki anda doğru hesab edirik. Amma daha doğru olardı ki, oxşar addımlar, dezinformasiyanın qarşısının alınması istiqamətində tədbirlər bütün Azərbaycan ərazisində reallaşmış olaydı.

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, İrəvanda Hökumət evi qarşısında etiraz aksiyası keçirənlərin əsas informasiya mənbəyi də Karabakh Telecom-dur:

“Odur ki, Xankəndi və ətraf ərazilərdə Karabakh Telecom infrastrukturunun da, oradakı internet və sosial medianın da antiterror tədbirləri çərçivəsinə salınması doğru və məntiqli olardı.
Əminəm ki, bizim təhlükəsizlik xidmətlərində bu kordinatlar var. Hər ehtimala, özüm də hər iki xəritədə kordinatları işarələyib göndərirəm”.