backend

Öskürəyi kəsməyin ən təsirli yolları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qış mövsümündə həkimə müraciət etməyimizin əsas səbəbləri öskürək, sinusit, faringit, laringit, soyuqdəymə və üst tənəffüs yolu infeksiyalarıdır. 

Qış mövsümündə həkimə müraciət etməyimizin əsas səbəbləri öskürək, sinusit, faringit, laringit, soyuqdəymə və üst tənəffüs yolu infeksiyalarıdır.

Üst tənəffüs yolu infeksiyaları nəticəsində yaranmış zəhlətökən öskürək həftələrlə, bəzən aylarla davam edə bilir. Bu proses çox vaxt gecələr yuxusuz qalmağımıza, ertəsi gün də özümüzü yorğun hiss etməyimizə səbəb olur. Türkiyəli həkim Ceyda Dəmir öskürəyi kəsməyin ən təsirli yollarını izah edib:

Qurtum-qurtum su için

Su içmək hava yollarının nəmli qalmasını təmin edir. Selikli qişa varsa, onun asanlıqla çıxmasına kömək edir. Bütün öskürək siropları arasında ən güclüsü sudur. Bu səbəblə mövsümdən asılı olmayaraq, gündə 2 litr su için.

Cökə və ya itburnu çayı

Öskürək şiddətlənəndə ilk növbədə bol bitki çayları içmək tövsiyə olunur. Çünki bitki çayları boğazı yumşaldır öskürəyi yüngülləşdirir. Tərkibindəki vitamin və minerallar immunitet sistemini gücləndirir. Cökə ilə itburnu kimi bitki çayları sayəsində quru öskürək də azalır. İçinə bal və limon əlavə edərək bu çayları gündə üç-dörd fincan için.

Sarıkök və zəncəfil

Sarıkök yalnız mətbəxdə deyil, artıq tibbdə də istifadə olunur. Sarıkök orqanizmdə iltihab inkişafının qarşısını alır, pisxassəli hüceyrələri məhv edir. Zəncəfil isə virus və mikroblarla savaşan ərzaqdır. Bunları yeməklərə əlavə etməklə yanaşı, çaylarını da içə bilərsiniz. Ancaq gündə ən çox iki stəkan içməyiniz məsləhət görülür.

İsti duş qəbul edin

Xüsusilə, burun tıxanması və boğaz quruluğu kimi hallarda bədənə yüngüllük gətirir. Həmçinin, nəfəs yollarının nəmini artıraraq öskürəyə qarşı təsirli olur.

Siqaretdən uzaq durun

Nəfəs alıb verdikcə tənəffüs yolları da tozlanır. Tənəffüs yollarında çirki süpürən tüklü hüceyrələr mövcuddur. Tüklü hüceyrələr yuxarı doğru qalxaraq ağciyərə yad cisimlərin daxil olmasına mane olur. Hər bir siqaret isə bu tüklü hüceyrələrin ayaqlarını bir saat ərzində iflic edir. Yəni ciyərlərimiz müdafiəsiz qalır, təmizlənmir. Təkcə siqaret çəkmək deyil, passiv olaraq siqaretə məruz qalmaq da tənəffüs yollarının sağalmasını gecikdirir.

Evin havası quru olmalı deyil

Qış aylarında evlərin qızdırılması otağın nəmini azaldır. Evin ideal temperaturu 22 dərəcədir.

Süd məhsullarının istehlakını azaldın

Yeniyetmələrdə hədsiz inək südü və pendir yemək selikli qişa istehsalını artırır. Bu səbəbdən, süd məhsullarını azaltmaqda fayda var.

Yediyiniz ərzaqlara diqqət edin

İmmun sistemimizin qüvvətli olması üçün hər bir ərzaqdan lazım olduğu qədər qəbul etmək lazımdır. Mümkün olduqca hazır, tərkibində kimyəvi maddə olan qidalardan uzaq olun. Bunlar allergiyası olan adamlarda astma və bağırsaq funksiyalarında pozğunluğa səbəb olur. İmmunitet sisteminizin güclü olması üçün D vitamini qəbul edin. Təzə meyvə və tərəvəzlərlə vitamin ehtiyacını qarşılamağa çalışın. Son illərdə sinkin də immunitet üzərində təsirli olduğu bildirilir.

Kəskin qoxulardan qaçın

Kəskin qoxular bronxların yığılmasına səbəb olur və öskürəyə təkan verir. Ətir, dezodorant və otaq ətirləri də öskürəyə təkan verən amillərdəndir. Bundan başqa, təmizlikdə istifadə edilən yuyucular astmaya səbəb olur. Bu səbəbdən, yuyucu vasitələrdən ehtiyatla istifadə etmək lazımdır.

3 həftəni keçibsə, DİQQƏT!

Öskürək, adətən yuxarı tənəffüs yollarında yaranmış infeksiyalardan dolayı əmələ gəlir. Ancaq öskürək 3 həftədən çox davam edirsə, öskürəklə birlikdə qan və ya bəlğəm gəlirsə, ya da döş ağrısı varsa, mütləq həkiminə müraciət etmək lazımdır. Çünki öskürək pnevmoniya, vərəm, ürək xəstəlikləri, ağciyər xərçəngi, boğaz xərçəngi ilə yemək borusu xərçəngi kimi əhəmiyyətli xəstəliklərinin də əlaməti ola bilər.