“Oskar”ın qalibləri açıqlandı

“Oskar”ın qalibləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Los-Ancelesdə 97-cı Akademiya Mükafatlarının – “Oskar”ın təqdimetmə mərasimi keçirilib.

Mükafatlandırma mərasimi ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərindəki “Dolby” teatrında keçirilir.

Nəticədə, Oskar mərasiminin əsas qalibləri aşağıdakılar olub:

– Ən yaxşı köməkçi aktyor – Kiran Kalkin “Gerçək ağrı”
– Ən yaxşı animasiya filmi – “Axın”
– Ən yaxşı qısametrajlı animasiya filmi – “Kiparisin kölgəsində”
– Ən yaxşı kostyum dizaynları – “Şər: Qərb Cadugərinin Nağılı”
– Ən yaxşı ssenari – “Anora”
– Ən yaxşı adaptasiya olunmuş ssenari – “Konklav”
– Ən yaxşı qrim və saç düzümləri – “Substansiya”
– Ən yaxşı montaj – “Anora”
– Ən yaxşı köməkçi aktrisa – Zoi Saldana “Emiliya Peres”
– Ən yaxşı bədii dizayn – “Şər: Qərb Cadugərinin Nağılı”
– Ən yaxşı musiqi – “El Mal” – “Emiliya Peres”
– Ən yaxşı qısametrajlı sənədli film – “Başqa torpaq yoxdur”
– Ən yaxşı səs – “Dune: ikinci hissə”
– Ən yaxşı vizual effektlər – “Dune: ikinci hissə”
– Ən yaxşı qısametrajlı oyun filmi – “Mən robot deyiləm”
– Ən yaxşı operator işi – “Brutalist”
– Ən yaxşı beynəlxalq film – “Mən hələdə burdayam”
– Ən yaxşı saundtrek – Daniel Blumberq “Brutalist”
– Ən yaxşı kişi aktyor – Edrian Broudi “Brutalist”
– Ən yaxşı rejissor – Şon Beyker “Anora”
– Ən yaxşı qadın aktrisa – Mayki Medison “Anora”
– Ən yaxşı film – “Anora”