backend

“Oskar ” GECƏSİNDƏ YEYİLMƏYƏN YEMƏKLƏR KİMLƏRƏ VERİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Oskar mükafatlarında qonaqlar üçün hazırlanan yeməklərdən artıq qalanlar qablaşdırıb, ehtiyacı olan 500 min insana paylandı. 

ABŞ-da Oskar mükafatlarında qonaqlar üçün hazırlanan yeməklərdən artıq qalanlar qablaşdırıb, ehtiyacı olan 500 min insana paylandı.


TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Los Anceles şəhərində 26 fevralda keçirilən Oskar mükafatları mərasimindən sonra təşkil olunan tədbirdə məşhur aşbaz Volfqanq Pukinin hazırladığı yeməklər servis edildi. Oskar mükafatlarında qonaqlar üçün hazırlanan yeməklər artıq qalınca, Akademiya komitəsi və Puk bunları yeməyə ehtiyacı olanlara paylamağı qərar verib. Puk və qrupunun hazırladığı yeməklər, təşkilata dəstək verən daşıma şirkətləri tərəfindən qablaşdırılaraq, Kaliforniya, Nevada və Arizona əyalətlərindəki sığınma evlərin və  bəzi yardım təşkilatlarına göndərilib. Beləliklə, veteranlar, qaçqınlar, kimsəsiz qadın və uşaqlardan ibarət olan bir çox yardıma möhtac adam, bəlkə də indiyə qədər görmədikləri yeməkləri yedilər. Oskar yeməyi menyusundakı hisə verilmiş somon və kürü bu dəfə ABŞ-ın ən aşağı gəlirli vətəndaşlarının qarnını doydurdu.


İlahə