“Oskar – 2018″in ən böyük uğursuzluğu

“Oskar – 2018″in ən böyük uğursuzluğu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Kinoakademiyasının “Oskar” mükafatının təqdimetmə mərasiminin reytinqi mükafatın tarixində ən aşağı səviyyəyə çatıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu il mərasimi 26,5 milyon insan izləyib, bu 2017-ci ilə nisbətdə 19 faiz azdır.

Ötən il təqdimetmə mərasimini 34,3 milyon insan izləyib.

Bununla belə, bu, 2007-ci ildən bəri ən uzun təqdimat olub – təqdimat 3 saat 50 dəqiqə çəkib.