“İki ildir xəbərdarlıq edirik ki, Azərbaycan heç nə verməyəcək və maksimumu əldə edəcək. Çünki sizin gündəminiz yoxdur, hər şeyə hə deyirsiniz, danışıqlar masasına heç bir tələb qoymursunuz”.
Tribunainfo.az bildirir ki, bunu Ermənistanın keçmiş XİN başçısı Vardan Oskanyan deyib. O iddia edib ki, guya, Azərbaycan Ermənistana absurd tələblər irəli sürəcək.
Oskanyan təklif edib ki, Ermənistan Qarabağ ermənilərinin geri qayıtması məsələsi danışıqlar masasına qoyulmalıdır. “Bu beynəlxalq aləm tərəfindən də müsbət qarşılanacaq. Qarabağ ermənilərinin qaytarılması tələbinin artırılması, ilk növbədə, Ermənistanın təhlükəsizliyi üçün son dərəcə zəruridir”.