Oskanyan: “Vaşinqton razılaşması Azərbaycana bir çox üstünlüklər verir”

Oskanyan: “Vaşinqton razılaşması Azərbaycana bir çox üstünlüklər verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan indiki sərhədlərinin tanınması, güc tətbiqinin istisna olunacağına zəmanət və yeni avtomobil və dəmir yolu layihələri vasitəsilə iqtisadi üstünlüklər əldə edir. Ancaq bu etibarlılıqdan uzaqdır”.

Tribunainfo.az xəbər verir ki, bunu Keçmiş XİN başçısı Vartan Oskanyan deyib.

O bildirib ki, Vaşinqton razılaşması Qarabağın Azərbaycanın ərazisi olduğunu və oradan ermənilərin könüllü köçməsinin qanuniləşdirir.

Oskanyan onu da deyib ki, blokadanın qaldırılması layihəsi Azərbaycana Ermənistanın ən strateji regionundan keçən dəhlizdən istifadə etmək üçün suveren hüquq verir. “Lakin sülh müqaviləsinin özü Ermənistanın suverenliyi və ya ərazi bütövlüyü ilə bağlı heç bir təminat vermir”.

Keçmiş nazir qeyd edib ki, Cənubi Qafqaz və ətraf region daim dəyişir. “Xüsusilə fövqəldövlət rəqabəti kontekstində regional hadisələrin necə cərəyan edəcəyini heç kim dəqiq proqnozlaşdıra bilməz”.

Oskanyan iddia edib ki, 8 avqust müqavilələri sülh üçün möhkəm təməl deyil. “Əksinə, mövcud vəziyyətin rəsmiləşdirilməsidir ki, bu da birmənalı olaraq ermənilərin itkilərini qanuniləşdirir, təhlükəsizlik məsələlərini qeyri-müəyyən edir, hətta ölkənin zəifliyini dərinləşdirir”.

Fərda Uğur