Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan hər vəchlə Qarabağ məsələsinin gündəmdə qalmasına çalışır. Bunun üçün qondarma bir qrup da düzəldərək, erməni diasporunun pulu ilə dünyanı gəzirlər. Tribunainfo.az xəbər verir ki, Oskanyan və başının dəstəsi indiyə qədər heç bir ciddi iş görməsələr də, sponsorlarına narahat olmamağı məsələhət bilirlər.
Dünən keçmiş nazir yenidən Qarabağ mövzusunda “qızışıb”. O, Ermənistanın baş naziri Nikol Paşinyanı bir sıra məsələlərdə ittiham edib. “Bəlkə Paşinyan Azərbaycanla hansısa kağıza imza atacaq. Bəlkə Türkiyə ilə sərhəd açılacaq, amma bu, bizə təsəlli verməyəcək. Çünki Paşinyanın səhvləri ucbatından Qarabağı itirdik”.
P.S. Biri bu əbləhi başa salsın ki, Qarabağı “itirmnisizsə” (məgər sizin idi ki, itirəsiniz?), bəs, niyə davamlı olaraq bu məsələyə burun soxursuz? Qarabağ Azərbaycan torpağıdır, Azərbaycanın ərazisidir. Sizin bu məsələyə qarışmağınız Azərbaycanın daxili işlərinə müdaxilə separatçılıqdır. Separatçılıq isə cinayətdir.