Ermənistanda Qarabağdan könüllü köçmüş ermənilərlə bağlı müzakirələr yenidən qızışmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, bununla bağlı çeşidli reaksiyalar və yanaşmalar var.
Ermənistanın keçmiş XİN başçısı Vardan Oskanyan isə uzun zamandır bu məsələni qaldırmaqla məşğuldur. O iddia edir ki, “Qarabağ ermənilərinin geri qayıtmaq hüququ danışıqların gündəliyinə salınmaldır”.
Oskanyan onu da qeyd edir ki, buna nail olmaq mümkün olarsa, ermənilərin geriyə köç etməsi mümkünləşə bilər.