Oskanyan: “Hər şey aydındır, dəhliz verilib”

Oskanyan: “Hər şey aydındır, dəhliz verilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər şey aydındır: Paşinyan qondarma dəhlizlə razılaşıb”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq XİN başçısı Vardan Oskanyan deyib.

Onun sözlərinə görə, ABŞ-ın təklifini qəbul etmək faktiki olaraq Ermənistan ərazisinə suveren nəzarətin xarici dövlətə verilməsi deməkdir. “Bu, xırda deyil, ciddi strateji və siyasi güzəştdir”.

Oskanyan bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın əsas məqsədi 2026-cı il seçkilərinə qədər Azərbaycanla sülh sazişini təmin etməkdir. “Bu dar siyasi məqsədə çatmaq üçün o, təkcə ərazini deyil, həm də erməni xalqının ləyaqətini, ədalətini və tarixi yaddaşını qurban verməyə hazırdır”.

Fərda Uğur