Keçmiş xarici işlər nazirinin sözlərinə görə, Ermənistanın baş naziri dəfələrlə çətin qərarların qəbul edilməsinə səbəb olan “qüsurlu xəttini” davam etdirir.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan sosial şəbəkələrdəki videomüraciətində bildirib ki, Ermənistan, onun cəmiyyəti və hakimiyyət orqanları heç bir halda Qarabağ məsələsini qapalı hesab etməməlidir.
Onun sözlərinə görə, iqtidarın (və müxalifətin) bəyanatlarını diqqətlə təhlil etsəniz, Qarabağ məsələsinin unudulduğu təəssüratı yaranır. Oskanyan bunu təhlükəli tendensiya hesab edir. Ermənistan rəhbərliyi, baş nazir Nikol Paşinyan bu məsələni bağlamaqla ölümcül səhvə yol verir.