Oskanyan: “Ermənistan ordusu zəifləyib və ruhdan düşüb”

Oskanyan: “Ermənistan ordusu zəifləyib və ruhdan düşüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2020-ci il məğlubiyyəti Qarabağ məsələsində dönüş nöqtəsi oldu. Ancaq bu, təkcə ərazi itkisi deyildi. Bu, çəkindirmə, inam və məqsəd aydınlığının itirilməsi idi”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq XİN başçısı Vardan Oskanyan deyib.

Onun sözlərinə görə, Ermənistan ordusu indi zəifləyib və ruhdan düşüb. “Onun parçalanması bu günə qədər davam edir, Azərbaycan isə hər gün daha da silahlanır”.

Oskanyan bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın daimi təzyiq və təhdidləri altında fəaliyyət göstərir. “Onun əsas məqsədi ölkənin uzunmüddətli maraqları deyil, hakimiyyətini qısa müddətdə qoruyub saxlamaqdır”.

Fərda Uğur