Oskanyan ermənilərin başının altına yastıq qoyurbackend

Oskanyan ermənilərin başının altına yastıq qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan ermənilərin başının altına yastıq qoyur. Tribunainfo.az xəbər verir ki, bu yaxınlarda Avropada səfərdə olan keçmiş nazir İrəvanda separatçıları başına yığaraq, toplantı keçirib.

O, Avropadakı görüşlərinin nəticələrindən danışarkən deyib ki, həmin görüşlər “əlamətdar” olub. Bildirib ki, xaricdə erməni siyasətçiləri və müxtəlif beynəlxalq strukturların nümayəndələri, o cümlədən Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi ilə də görüşüb. Həmin görüşdə onlara Qarabağ ermənilərinin təminat altında geri qayıtmaları üçün çalışmaları xahiş olunub. Oskanyan deyib ki, guya, hamısı bu məsələyə dəstək verəcəklərini deyib.

Əslində, Oskanyan və onun kimi dələduzlar zaman içində Ermənistanın və ermənilərin gözünün içinə çoxlu yalanlar danışıblar. Qarabağ məsələsi onlar üçün həmişə biznes olub və son hadisələrdən sonra həmin biznesin əldən çıxmaması üçün “komitə” yaradıblar. Erməni diasporunun pulları ilə Avropanı gəzib, heç bir ciddi qurumla görüşməyən Oskanyanlar, qazancları çoxalsın deyə ermənilərə yalandan vəd verirlər ki, guya, ermənilərin xüsusi təminat altında Qarabağa qayıtması üçün çalışırlar. Halbuki belə bir təminata gərək yoxdur. Ona görə ki, belə bir təminatı Azərbaycan verə bilər. Ki, antiterror əməliyyatından sonra rəsmi Bakı qalamaq istəyən ermənilərə bunu açıq şəkildə təklif etmişdi. Başqalarının isə ölkəmizin daxili işlərinə qarışmasına isə heç bir hüququ yoxdur.