Ermənistanda sabiq xarici işlər naziri Vardan Oskanyanın başçılıq etdiyi qondarma “Qarabağ hərəkatı” yenidən siyasi səhnəyə qayıtmağa çalışır. Tribunainfo.az xəbər verir ki, son aksiyalar fonunda fəaliyyəti görünməyən bu “hərəkat” təkcə daxidlə deyil, həmçinin xaricdən də dəstək əldə etmək üçün dərindən-qabıqdan çıxır.
Tribunainfo.az xəbər verir ki, Oskanyan və onunla birlikdə daşnakların nümayəndələri Qaspar Karapetyan və Mario Nalbandyan, separatçı Geqam Stepanyan və keçmiş respublikaçı deputat Karen Bekaryan Avropaya yenidən səfər ediblər. Məlumata görə, məqsəd Qarabağ ermənilərini geri qaytarmaq üçün danışıqlar aparmaq və bunun üçün beynəlxlaq təminatların alınmasıdır.
P.S. Azərbaycan Qarabağda yaşayan ermənilərə bir dəfə şans verərək, onlardan Azərbaycan vətəndaşlığı müqabilində ölkədə qala biləcəklərini təklif etmişdi. Lakin ermənilər bunu əllərinin dalı ilə itələdilər və qəbul etmədilər. Heç bir təzyiq və təhdid olmadan Qarabağdan çıxaraq, Ermənistana yerləşdirlər. Bu qədər həngamədən sonra yenidən geri qayıtmaq istəyirlərsə, bunun üçün Azərbaycanın razılığı lazımdır. Hər hansı beynəlxalq təşkilat isə onların geri qayıtmasına nə təminat verə bilər, nə də Azərbaycanın razılığı olmadan addım atmaq hüququna malikdir.