Sabiq xarici işlər naziri Qarabağın Azərbaycanın tərkibində olması üçün heç bir əsas və səbəb görmür.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan indiki şəraitdə Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasını qeyri-mümkün adlandırıb.
O, jurnalistlərə müsahibəsində ABŞ-ın respublikadakı səfiri Kristina Kuinnin bəyanatını belə şərh edib.
Amerikalı diplomat İctimai Televiziyaya müsahibəsində xüsusilə bildirib ki, o, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşamasının mümkünlüyünə inanır. Və bütün tərəflər bu istiqamətdə səy göstərməlidir.