Osimhen transferdə şəxsən iştirak etdi — Son addımı atdı

Osimhen transferdə şəxsən iştirak etdi — Son addımı atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Viktor Osimhenin “Qalatasaray”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Tribunainfo.az” Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, “Qalatasaray” hazırda ödəniş planı ilə bağlı “Napoli” ilə danışıqlar aparır və İtaliya klubundan zəmanət məktubu tələbini həll etməyə çalışır.

İki tərəf arasında transfer danışıqları dalana dirənsə də, görüşə qatılan Viktor Osimhen daha çox üstünlüyü “Qalatasaray”a verib.

Ödəniş planı ilə bağlı “Napoli” ilə danışıqlarını davam etdirən “Qalatasaray” İtaliya klubunun zəmanət məktubu tələbini həll etməyə çalışır. Bank ittifaqı müqaviləsindən çıxmadıqları üçün zəmanət məktubu təqdim edə bilməyən Qalatasaray, Napoli ilə danışıqlarını davam etdirir.

Qeyd edək ki, 41 rəsmi matçda “Qalatasaray” formasını geyinən Osimhen 37 qol vurub, 8 məhsuldar ötürmə edib.

 

Dəniz Pənahova