Osimhenin transferi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Tribunainfo.az xəbər verir ki, Əl-Hilal Osimhenə illik 45 milyon avro maaş təklif etsələr də, istədikləri nəticəni ala bilməyiblər.
İtaliya mətbuatı Osimhenin Premyer Liqada oynamaq istədiyi üçün Əl-Hilaldan imtina etdiyini iddia edib.
Nigeriyalı hücumçu hələ transferlə bağlı qərar verməsə də, İtaliya mətbuatı “La Gazetta della Sport” Osimhen üçün yeni iddia irəli sürüb.
Belə ki, xəbərdə Viktor Osimhenin Premyer Liqada oynamaq istədiyi üçün “Əl-Hilal”ı rədd etdiyi bildirilib. “Çelsi”nin ötən mövsüm transferi tamamlamağa yaxınlaşdığı, lakin bunun baş tutmadığı, “Mançester Yunayted”in mümkün razılaşmanı dəyərləndirdiyi bildirilmişdir.
Dəniz Pənahova