Orxan Nadirov mərhum anasının Hacı Məmmədovla əlaqəsindən danışdı: “Onun bir çox sənətçi ilə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun dispanserdə intihar etməsindən sonra onun bir çox incəsənət adamları ilə münasibətləri də mediada müzakirə mövzusuna çevrilib.

TİA.AZ bildirir ki, mediada daha çox mərhum xalq artisti İlhamə Quliyevanın Hacı Məmmədovla əlaqələrinə diqqət ayırıb. Bu isə onun oğulluğu Orxan Nadirovu özündən çıxardıb. Bu barədə Xeber.News-a danışan Orxan Nadirov Hacı Məmmədovun incəsənət adamlarına xüsusi diqqət göstərdiyini bidirib: “Mənim anamın adını hallandıranlara demək istərdim ki, ayıbdır, anam və Hacı Məmmədov rəhmətə gedib. Haqq dünyasına qovuşan insanların ardından nəsə yazmaq, nəsə danışmaq doğru deyil. Anamla Hacı Məmmədovun əlaqələrinə gəldikdə isə burda qəribə heç nə yoxdur. İncəsənət adamı dövlət adamının da məclisində iştirak edir, qanunsuz işlərlə məşğul olanın da, cinayətkarın da, kriminal oğrunun da. Hacı Məmmədov da incəsənət adamlarına qarşı diqqətcil insan idi. Nəinki anamla bir çox sənətçilərlə də yaxın münasibəti olub onun. İndi artıq dünyasın dəyişib nəyisə müzakirə etmək düzgün deyil”.