ORUCLUQDA YEMƏK ŞƏKLİ PAYLAŞMAQ GÜNAHDIRMI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk ilahiyyatçısı, professor Nihad Hatipoğlu bildirib ki, internetdə bəzəkli, qarışıq, nəfis görülən yemək şəkli paylaşmaq doğru deyil: 

TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk ilahiyyatçısı, professor Nihad Hatipoğlu bildirib ki, internetdə bəzəkli, qarışıq, nəfis görülən yemək şəkli paylaşmaq doğru deyil:

“Uşaqlar var, gücü olmayanlar insanlar var. Hər kəsin vəziyyəti bir deyil. Bu səbəbdən onları incidəcək şəkildə fotoşəkil paylaşmaq doğru deyil. Təkcə internetdə deyil, televiziya ekranlarında da belə şeylər vermək doğru deyil. Hələ Ramazan ayında televiziyada yeməklər bişirilir. İftara yaxın bu yeməyi bişirin! Günün ortasında hər kəsə acdıran, gözəl yeməklər göstərmək doğru deyil. Gözün haqqı var, nəfs var. Allaha verdiyi nemətlər üçün şükür edilməlidir. Nemət çoxdursa, başqalarına da o nemətdən paylanılmalıdır. Bunun yolu sədəqə, zəkat, könüldən keçən şeylərdir”.

Professor həmçinin diş fırçalamağın orucu pozmağına da münasibətini bildirib.  “Bəzi alimlərə görə, Ramazan ayında diş təmizləyən misvakdan istifadə etmək bəzi saatlardan sonra məkruh görülüb. Bəzi alimlərə görə də heç bir eybi yoxdur. Misvak dişi təmizləyir. Misvakdan sonra da misvakı təmizləmək, ağzı çalxalamaq və suyu çıxarmaq lazımdır. Orucluykən pastalı diş fırçası ilə dişləri yumaq doğru deyildir. Çünki pastanın tərkibində xaricdən alınan bir maddə və şəkər dadı var. Dişləri iftardan sonra və ya imsaqdandan əvvəl yumaq lazımdır. Ancaq pastasız, sadəcə isladılmış bir fırçayla dişləri təmizləməyin heç bir eybi yoxdur”.


İlahə