ORUC TUTMAQ KİMLƏRƏ ZƏRƏRDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oruc tutmaq dini ibadətlərlə yanaşı sağlamlığa təsiri ilə daha çox bizi maraqlandırır. 

Oruc tutmaq dini ibadətlərlə yanaşı sağlamlığa təsiri ilə daha çox bizi maraqlandırır.

 Həzm sisteminin istirahəti üçün çox faydalıdır. Ac qalmaq təbii ki, bədəni yorğun və halsız edir. Amma orqanizmi dincəltməyin ən yaxşı üsullarındandır. Uzun müddət toplanan zərərli maddələr və toksinlər bədənin qida istirahəti ilə xaric edilir. Orucluq zərərli maddələrin ən böyük düşmənidir. Bəzən bundan da yanlış şəkildə istifadə edilir, gün ərzində yeməmək və susuz qalmağın əvəzini iftarda bunlardan çox istifadə edərək çıxarılır. İftarda çox sürətli yemək çox ziyanlı nəticələrə gətirib çıxarır. Sahur və iftarda xüsusilə duz istifadəsini məhdudulaşdırmaq lazımdır. Çünki insan uzun müddət ac qaldıqda özündən asılı olmayaraq bu kimi qaydaları unuda bilir. 

Həkim-fitoterapevt Elnur Rəhimov TİA.AZ-a bildirdi  ki, uzun müdət ac və susuz qalmaq qan dövranı, metobolizm və həzm kanalının işini ləngidir:

“Əgər kiminsə bu tipli mübadilədə baş verəcək hər hansı dəyişikliyi varsa, deməli orucluq zamanı xəstəliyinin intensivləşməsinə gətirib çıxara bilər. Şəkərli diabeti olan insanlara əslində oruc tutmaq faydalıdır, şəkərin səviyyəsini azalda bilər, amma bu müddətlərdə hipoqlikemiya baş verərsə, daha ziyanlı nəticələrlə qarşılaşa bilərlər. Demək, burda öz endokrinoloqu ilə məsləhətləşib, qərar verməsi daha düzgün olar. Çünki şəkərli diabet növlərinə və klinik gedişinə görə nizamlanan bir xəstəlikdir. Öz praktikamda ən çox müraciət edən mədə-bağırsaq xəstəliklərini qeyd edə bilərəm ki, kəskin qastrit və xora kimi hallarda (aktiv dövr) uzun zaman ac və susuz qalmamağı tövsiyə edirik. Bəzən xronki həzm sistemi xəstəlikləri olanlar var ki, bunlar sahur və iftar vaxtı qida rejiminə istədiyimiz kimi əməl etmədiyinə görə, fəsadlarla qarşılaşa bilir”.

E.Rəhimov deyir ki, böyrək xəstəlikləri (sidik yolu infeksiyaları) zamanı bədəni susuz saxlamaq ziyanlı amil sayılır: “Adətən deyirik ki, orqanizmə çəkiyə uyğun olacaq qədər su tələbatını ödəmək lazımdır. Orucluq zamanı bu qədər müddətdə su içməmək və sonra qısa müddətdə bu suyu əvəz etmək digər üzvlər üçün təhlükəlidir. Qanda kreatini yüksək olan insanlarda ən çox narahatçılıq yaradacaq səbəblərdən biri də ürəkbulanmadır və oruc tutan zaman bu hallar, bu zəhərli maddənin kənara çıxmasıyla yanaşı, orucluğu poza bilir. Mədəaltı vəzi xəstələri üçün ən yaxşı dövr elə ac qalmaqdır. Amma ac qaldıqdan sonra birdən-birə çox yemək əks təsir göstərə bilər. Qida rasionunda istənilən halda çox yemək deyil, çox faydalı qidalar yemək üstün sayılır. Bədəni tox saxlayacaq çiçək tozu, güldəfnə toxumu, biyan kökü və kətan toxumu kimi məhsullar həm həzmi asanlaşdırır, həm də bədənin suya olan tələbatını azladır. Bəzən oynaq xəstəliklərindən əziyyət çəkənlər də müraciət edir ki, biz tutsaq nə kimi ziyan çəkərik? Təbii ki, oynaqlar hərəkət edən zaman, oynaq mayesinə ehtiyacı olur və bu çatışmırsa, fəsadlar verə bilər. Amma ac qalmaq (susuz yox) revmatoloji oynaq xəstəliklərində faydalıdır.

Hipotonik və anemiyası olan insanlara gəldikdə isə, halsızlıq yaradacaq bir dövrdə mümkün qədər orqanizmi gücləndirəcək qidalara üstünlük verilsin. Məsələn, təzyiqi artıracaq jenşen, exinaseya, küncüt istifadə edilə bilər. Eləcə də qanı artırmaq məsqədi ilə gicitkən, keçibuynuzu, yemişan istifadə edilə bilər. Ac qaldıqdan sonra çalışmaq lazımdır ki, ilk qidaya sulu yeməklə başlanılsın və yeməklər dalbadal şəkildə davam etməsin. Bir neçə cür fərqli və uyğunsuz qidalar istifadə etdikdə bu zaman daha çox neqativ nəticələr əldə etmək olar. Xüsusilə, köpdən əziyyət çəkənlərə daha çətin ola bilər”.

İlahə