Qidalanma və Pəhriz Mütəxəssisi İray Şen, Ramazan ayının sağlam keçməsi üçün sahurun vacib olduğunu söylədi.
Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, 1idalanma və Pəhriz Mütəxəssisi İray Şen Ramazan ayında qidalanma ilə bağlı nə etməli olduqları barədə məsləhətlər verib. Mütəxəssis Şen, uzun müddətli aclığın bədənə mənfi təsirlərini minimuma endirmək üçün nəzərə alınması lazım olan qidalanma səhvlərini və Ramazan ayının sağlam keçməsi üçün tətbiq oluna biləcək əməli təklifləri paylaşdı.
Ramazan ayının gəlişi ilə sağlam oruc və qidalanmaya diqqət çəkən Qidalanma və Pəhriz Mütəxəssisi Şen, “Ramazan ayında qidalanma ilə bağlı ən vacib məsələlərdən biri uzun sürən aclıqdır və bununla yanaşı qidalanmada da bəzi dəyişikliklər olur. Buna görə də mütləq bir dəfə yemək yemirik. Bunun əvəzinə iki əsas yemək və ən azı bir qəlyanaltı var. Mütləq bunlara diqqət edirik. Mütləq sahursuz oruc tutmuruq. Sahuru atladığımız zaman bu proses bizi yorur. Orucluq müddəti 20 saata çatdığından vitamin və mineral çatışmazlığına səbəb ola bilər. Yorğunluğa səbəb ola bilər. Maddələr mübadiləsini yavaşlada bilər. Ona görə də mütləq sahurumuz olmalıdır” dedi.