“Orta Dəhliz mütləq Azərbaycanı da əhatə etməliydi”

“Orta Dəhliz mütləq Azərbaycanı da əhatə etməliydi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər Qarabağın müharibədən öncəki statusu qalsaydı, Çinin “Bir kəmər, bir yol” layihəsi reallaşmayacaqdı”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Armen Vardanyan çıxış edib.

Onun sözlərinə görə, həmin vaxt nəqliyyat marşrutlarının açılmasından söhbət getmirdi. “Azərbaycan Ermənistanı təcrid və blokadaya almaq siyasəti aparırdı. Bu şəraitdə onun ərazisindən keçən yolların Mərkəzi Asiyanı Avropa ilə birləşdirməsi real deyildi”.

Vardanyan bildirib ki, o dönəmdə başqa variantlar da mümkün idi. “Məsələn, yolun Orta Asiyadan başlamaqla İran və Türkiyədən keçməsi kimi. Amma o zaman da yolun bir hissəsinin Azərbaycan üzərindən keçməsi nəzərə alınacaqdı”.

Fərda Uğur

Tribunainfo.az