“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcədən asılığı ilbəil azalır.
“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcədən asılığı ilbəil azalır.
2012-ci ildə büdcədən transfert 42% idisə, gələn il 37,4% -ə düşüb. Artıq pensiyalarla bağlı hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq hazırlanması prosesi gedir”.
TİA.AZ-ın xəbərinə görə, bu barədə Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Deputat 2017-ci il üzrə DSMF-nin gəlirlərini də açıqlayıb:
“DSMF-nin 2017-ci ildə gəlirləri 3,4 milyard manat təşkil edəcək ki, bu da 2016-ci illə müqayisədə 100 milyon manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqlarının artımı hesabına nəzərdə tutulub. Xərclərin 95%-ni əmək pensiyalarının ödənişi təşkil edəcək.
Bu da 2016-ci illə illə müqayisədə 7,7% çoxdur. Ölkədə gözlənilən orta yaş həddinin artması ilə pensiya alanların 1 milyon 320 min nəfər olacağı gözlənilir. Buna baxmayaraq orta aylıq pensiya 8% artırılaraq 203 manata çatıdırılacaq”.
Komitə sədri bildirib ki, nəzərdə tutulan müsbət bir dəyişiklik pensiyaların təkcə sığorta hissəsinin deyil, məbləğin bütövklükdə indeksasiya olunmasıdır.
Deputat qeyd edib ki, 2017-ci ildə işsizliyə görə müavinətin artırılacağı gözlənilir. O həmçinin bildirib ki, debitor borclarla aparılan işlər yaxşılaşdırılmalıdır:
“Debitorlara qarşı sanksiyaların gücləndirilməsinə ehtiyac var”.