Bəzən dərimiz quruyur, dırnaqlarımız qırılır, saçlarımız seyrəkləşir. Belə problemlərlə üzləşəndə ya həkimə gedib müalicə alırıq, bir çoxumuz isə heç əhəmiyyət də vermirik. Ancaq orqanizmimizdə, üz və bədənimizdə baş verən istənilən dəyişikliyin müəyyən səbəbləri var. Bu, vitamin çatışmazlığıdır. Ancaq hər vitamin də öz yoxluğunu fərqli formada hiss etdirir.
Tribunainfo.az yazır ki, bədəndə B 12 vutamini çatışmayanda dodaqlarda çatlar əmələ gəlir. Cildin, dərinin qırmızı olması da B qrupu vitaminlərinin çatışmamasından meydana gəlir.
Ayaq və bud nahiyyədə səpkilərin əmələ gəlməsi isə B və E vitamini çatışmazlığı xəbərçisidir.
Gözləriniz tez-tez qızarırsa B 6 vitamininiz yoxdur demək. Əgər dırnaqlarınız tez-tez qırılırsa dəmir və kalsium əksikliyiniz var deməkdir. Ayaq uyuşması isə dəmir və B 12 azlığından xəbər verir.
Diş ətlərinizdə problem varsa, vitamini çatışmazlığınız var demək.