“Dilçilik İnstitutu Azərbaycan dilinin orfoqrafiya qaydalarını hazırlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə təqdim edib”. “Dilçilik İnstitutu Azərbaycan dilinin orfoqrafiya qaydalarını hazırlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə təqdim edib”.
TİA.AZ-ın məlumatına görə, bunu APA-ya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, gələn həftə AMEA Rəyasət Heyətində orfoqrafiya qaydaları müzakirə ediləcək: “Orfoqrafiya qaydaları müzakirə edilərək dekabr ayında təsdiq üçün Nazirlər Kabinetinə göndəriləcək”.
Akademikin sözlərinə görə, Azərbaycan dilinin orfoqrafiya lüğətinin hazırlanması üzərində ciddi iş gedir: “Orfoqrafiya lüğətinin ilkin variantı aprel ayına kimi ictimaiyyətə təqdim olunacaq”.