Türkiyənin Bolu vilayətinin “Kartalkaya” dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğında jurnalist Nedim Türkmen də həyatını itirib.
Tribunainfo.az xəbər verir ki, “Sözcü” nəşrinin yazarı olan N.Türkmenlə yanaşı xanımı Ayşe Neva, 22 yaşlı oğlu Yüce Ata və 18 yaşlı qızı Ala Dora yanğının qurbanı olub.
Ala Doranın son mesajı isə Türkiyədə gündəmə çevrilibb. Belə ki, o, instaqram hesabında “Grand Kartal Hotel”də 9103 nömrəli otaqdayam. Ailəmdən xəbər yoxdur. Yanğında çətin vəziyyətdəyik, yardım edin”, deyə paylaşım edib.
Daha sonra isə onların cəsədləri hotelin dağıntıları arasından tapılıb.
Qeyd edək ki, Nedim Türkmen Türkiyə futbolunda da tanınmış simalardan olub. O, “Orduspor” klubunun prezidenti kimi fəaliyyət göstərib. 2009-cu ildə bu klubda prezident seçilən N.Türkmen 2011-ci ildə 26 illik fasilədən sonra “Orduspor”un Superliqaya vəsiqə qazanmasına nail olub. O, məşhur məşqçi Hektor Kuperi komandanın baş məşqçisi təyin edərək dünyada diqqət mərkəzinə düşmüşdü. 2014-cü ildə canlı yayımda klub rəhbəri vəzifəsindən istefa verməsi ilə də gündəm olmuşdu.
N.Türkmen uzun müddət “Sözcü” nəşrində siyasi yazılar yazıb və ölkəsində siyasi analitik kimi tanınıb.