İsraildə vəzifəsindən uzaqlaşdırılan sabiq müdafiə naziri Yoav Qalant əsirlərin yaxınları ilə görüşü zamanı ordunun Qəzzada saxlanması üçün heç bir səbəb olmadığını, Qəzza zolağında bütün məqsədlərinə nail olduğunu deyib.
Tribunainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsraildə yayımlanan Kanal 12-nin xəbərinə görə, məhbusların yaxınları ilə görüşən Qalant ordunun Qəzzada qalması üçün heç bir səbəb olmadığını deyərək baş nazir Benyamin Netanyahunu tənqid edib.
Qəzzada görüləcək bir şey qalmadığını və ordunun əsas məqsədlərə çatdığını bildirən Qalant, “Qorxuram ki, yalnız orada olmaq istəyinə görə orada qalırıq”, – deyə bildirib.
Qalant həmçinin İsrailin sabitliyi naminə Qəzzada qalma fikrinin yersiz olduğunu, çünki bunun əsgərlərin həyatını riskə atacağını deyib.