ORDUMUZ OD ƏLƏYİR, ERMƏNİLƏR DƏHLİZİ İTİRİR – KREML NƏ QƏRAR VERƏCƏK?backend

ORDUMUZ OD ƏLƏYİR, ERMƏNİLƏR DƏHLİZİ İTİRİR – KREML NƏ QƏRAR VERƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilər hələ SSRi illərində Qarabağda separatçılığa başlayanda və gələcək “addımlarını” planlaşdıranda qarşılarına bir neçə hədəf qoymuşdular. Birinci hədəfləri keçmiş Dağlıq Qarabağın tamamını, o cümlədən Şuşanı işğal etmək, azərbaycanlıları dədə-baba yurdlarıdan qovmaq idi. İkinci hədəfləri keçmiş Dağlıq Qarabağ ətrafında özlərinin təbirincə desək, “təhlükəsizlik zolağı” yaratmaq və bunun üçün Azərbaycanın digər rayonları işğal etmək idi. Üçüncü hədəfləri keçmiş Dağlıq Qarabağla Ermənistan arasındakı Laçın dəhlizini nəzarətə götürmək idi. Separatçılar Birinci Qarabağ müharibəsində hər 3 hədəflərinə çatdılar”.

TİA.Az bildirir ki, politoloq Elxan Şahinoğlu bölgədə baş verənlərlə bağlı belə yazıb. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində isə “təhlükəsizlik zolağını” və işğalda saxladıqları Şuşa və Hadrut qəsəbəsini itirdilər, azərbaycanlıların geri qayıdışı prosesi başlandı. “Hazırda üçüncü hədəfləri olan Laçın dəhlizi də əllərindən çıxmaq üzrədir. Alternativ yol hazırdır. Buna görə də Laçın şəhərinin, kəndlərinin və dəhlizin Azərbaycan ordusunun nəzarəti altına keçməsi aktuallaşıb. Separatçılar müqavimət göstərməyə çalışır və Kremldən dəstək umurlar. Qarşımızda dayanan separatçılar deyil, onlarla məsələni həll etmək çətin deyil, aydınlaşdırılmalı məsələ Kremlin verəcəyi qərarla bağlıdır. Azərbaycan Qarabağda Rusiya ilə toqquşmaq istəmir, danışıqlar yolu ilə rusiyalı hərbçilərin alternativ yola keçidi təmin edilməlidir. Bu məqsədlə yaxın günlərdə Bakı ilə Moskva arasında danışıqların intensivləşəcəyini proqnozlaşdırmaq olar.

Rusiya sülhməramlıları Laçına alternativ yolun tikintisinə mane olmadılar. Deməli, Kreml Laçın dəhlizinin alternativ yolla əvəz edilməsi ideyasının əleyhinə deyil, bu bənd 2020-ci ilin 9 noyabr ortaq bəyanatında da yer alıb. Sadəcə, alternativ yol vaxtından əvvəl inşa olunub. Əgər Moskva Azərbaycanla strateji tərəfdaşlığın davamını istəyirsə sülhməramlılarını alternativ yola köçürməli, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycan ordusunun nəzarətinə keçməsinə imkan verməlidir. Əks halda Rusiya-Azərbaycan münasibətlərində çat baş verəcək”, -deyə politoloq qeyd edib.

TİA.Az