Ordu generalı ölkə prezidenti oldu

Ordu generalı ölkə prezidenti oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Vyetnam Kommunist Partiyası (VKP) Mərkəzi Komitəsi (MK) Siyasi Bürosunun üzvü, ictimai təhlükəsizlik naziri ordu generalı To Lam ölkə prezidenti seçilib.

Tribunainfo.az  xəbər verir ki, bu barədə Milli Assambleyanın (birpalatalı parlament) aparatının rəhbəri Bui Van Kuonq bildirib.
Səsvermə 15-ci çağırış Milli Assambleyanın Hanoyda keçirilən yeddinci sessiyası çərçivəsində baş tutub.
Parlamentin nəzarət komissiyasına görə, 66 yaşlı To Lamın dövlət başçısı seçilməsi haqqında qətnaməni iclasda iştirak edən Milli Assambleyanın 473 deputatından 472-si dəstəkləyib.