backend

“Orada başqa işlərlə məşğul olurdular” – Spiker

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir il öncə valyutadəyişmə məntəqələrinin ləğvi ilə ölkədə “qara bazar” “çiçəkləndi” və insanlar yüksək faizlərlə valyuta mübadiləsinə getməyə məcbur edildi. Bu da insanlar arasında böyük narazılıq yaratdı”. 

“Bir il öncə valyutadəyişmə məntəqələrinin ləğvi ilə ölkədə “qara bazar” “çiçəkləndi” və insanlar yüksək faizlərlə valyuta mübadiləsinə getməyə məcbur edildi. Bu da insanlar arasında böyük narazılıq yaratdı”.

TİA.AZ  xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin  bu gün keçirilən iclasında deyib. 

Onun sözlərinə görə, indi təklif edilən dəyişikliyə görə bu məsələ aradan qaldırılır: “Ancaq yenidən velosiped icad etməyə nə ehtiyac var? Velosiped var idi, yaxşı olardı ki, onu təkmilləşdirərdik. Həmin valyutadəyişmə məntəqələrində minlərlə insan işləyirdi. Hər məntəqədə ən azı iki nəfər işləyirdisə, onları da ən azı 3 nəfərə vuraq. Bu qədər insanı işsiz qoymağa nə ehtiyac var idi?”.

Spiker Oqtay Əsədov valyutadəyişmə məntəqələrinin yenidən açılması ilə bağlı millət vəkillərinin çıxışlarına reaksiya verib. O qeyd edib ki, valyutadəyişmə məntəqələrində başqa işlərlə məşğul idilər: “Dünyadakı ölkələrin çoxunda valyutadəyişmə məntəqələri yoxdur. Bizdə isə kifayət qədər çox idi. Orada başqa işlərlə məşğul olurdular”.